Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105524
az

Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var

14:1105 Aprel, 2024
178
CƏMİYYƏT
  • A

Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Oxu24.com  xəbər verir ki, “Mercedes” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olan “Kia” markalı minik maşınına çırpılıb.

 

Nəticədə “Mercedes”in sürücüsü, Lerik sakini, 33 yaşlı Suvarov İlkin Elsevən oğlu və “Kia”da olan qadın sərnişin xəsarət alıb.

“Kia”nın sürücüsü, Bakı şəhər sakini, 48 yaşlı Quliyev Yasin Əli oğlu isə heç bir xəsarət almayıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləyin sürəti Bakı və Abşeron yarımadasında 27 m/s təşkil edir -FAKTİKİ HAVA
Müsabiqə elan olundu: Qalibə 1500 manat veriləcək
İki hərbçimiz həlak oldu