Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105445
az

İtaliya XİN: Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır

15:4904 Aprel, 2024
228
SİYASƏT
  • A

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edib və bildirib ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır.

OXU24.COM  report-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın "Giornale Diplomatico" nəşrinə istinadən məlumat verib.

Fransalı nazirin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında səsləndirdiyi sözləri şərh edən E.Çirielli qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər:

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edən Azərbaycan məsuliyyətli mövqe tutur. Fransa Respublikasının xarici işlər naziri ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi açıqlamalar, şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Fransanın naziri Sejurnenin sağlam düşüncəni rəhbər tutaraq regionda davamlı sülhə nail olmaq üçün irəliləyənlərin səylərini sarsıtmaması məqsədəuyğun və faydalı olardı".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
Fransanın Baş nazirinin reytinqi tarixi minimuma endi
"Amerikalılar Rusiyaya raket zərbələri endirirlər" -Peskovdan KRİTİK AÇIQLAMA

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ