Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105440
az

Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR! Yeni yol tikilr

15:0104 Aprel, 2024
192
CƏMİYYƏT
  • A

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə başlayıb.

 

Oxu24.com  bu barədə quruma istinadən xəbər verir.

 

Məlumata görə, Bakıda nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km-dir. Yeni avtomobil yolu altı hərəkət zolağından ibarət olacaq.

 

Hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

 

Yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR