“Halvəş” Teleqram kanalı xəbər verir ki, etnik bəluçlardan ibarət olan Ceyş əl-Ədl qruplaşmasının Çabahar, Rask şəhərlərindəki SEPAH qərargahına və polis bölməsinə hücumundan 11 saat keçib.
Oxu24.com-un yerli telegram kanallarına istinadən məlumatına görə, silahlı toqquşma hələ də davam edir və bir neçə partlayış səsi eşidilib.
Ceyş əl-Ədl qruplaşması bəyanat yayaraq, İran hökumətinin münaqişənin sona çatması ilə bağlı iddialarını təkzib edib.
Qeyd olunub ki, təhlükəsizlik qüvvələri arasında ölənlərin sayı 11-ə, silahlı qruplaşmanın üzvləri arasında isə 16 nəfərə çatıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR