Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10531
az

Kredit borcu olanlar, diqqət - Banklardan kompensasiyanı bu formada alacaqsız

12:5604 Mart, 2019
1277
İQTİSADİYYAT
  • A
 

İqtisadçı ekspert Vüqar Bayramov problemli kreditlərə kompensasiya və güzəştlərin tətbiqi ilə bağlı sual yaradan bir sıra məqamlara aydınlıq gətirib.

Publika.az  ekspertin bir neçə bankdan kredit götürənlərə kompensasiyanın necə verilməsi, ödənişi edən zaminlər və ləğv edilmiş bankların ödənişi necə həyata keçirləcəyi ilə bağlı suallara cavabını təqdim edir.

- Bir şəxs bir neçə bankdan kredit götürübsə, o zaman kompensasiya məbləği necə hesablanacaq?

- Bir neçə bankda kredit öhdəliyi olan vətəndaşlarımızın kreditləri üzrə əsas məbləğ qalıqları toplanacaq və onların cəminə kompensasiya hesablanacaq. Bu zaman devalvasiya baş verən zaman əgər cəmi əsas kredit məbləği 10 min dollardan azdırsa o zaman kompensasiya hesablanacaq. Məsələn, vətəndaşımız bir bankdan 3 min dollardan, digərindən 6 min dollar kredit götürüb və bu zaman həmin məbləğlər cəmlənəcək və 9 min dollara kompensasiya ödəniləcək.

- Lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulubmu?

-Sənəd xarici valyutada olan kreditlərə kompensasiya, milli valyutada olan kreditlərə güzəşt nəzərdə tutduğundan lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulmur.

- Dollar krediti üzrə öhdəliyi kredit götürən deyil, zamin ödəyibsə, o zaman kompensasiya kimə ödəniləcək?

- Qaydalara əsasən, belə hallara fərdi qaydada baxılacaq. Məsələn, 10 min dollar kredit borcu olub, amma kredit götürən borcu ödəməkdən imtina edib və məhkəmə qərarı ilə borc zaminin əmək haqqısından tutulub. Bu zaman fərdi qaydada zamin müraciət edib məsələyə baxılmasına nail ola biləcək.

- Kompensasiya məbləğini elektron hesablamaq mümkündürmü?

- Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyatoru istifadəyə verib. Bu keçidə daxil olmaqla kompensasiya məbləğlərinizi hesabaya bilərsiniz. Elektron kalkulyator bütün kommersiya banklarının internet səhifələrində yerləşdiriləcək.

- Ləğv olunmuş banklarda olan kreditlər üzrə kompensasiyaları necə almaq mümkün olacaq?

- Fərmana əsasən, sözügedən banklardan kredit götürən vətəndaşlarımız da kompensasiyadan yararlanacaqlar və bu prosesə Əmanətlərin Sığortlanması Fondu məsuldur. Fəaliyyətdə olan bank müştərilərində olduğu kimi sizinlə də əlaqə saxlanılacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni doğulan hər körpəyə 500 manat verilə bilər - Şad xəbər
Müəllimlər nə qədər maaş alacaq?
Hadi Rəcəbli nə qədər maaş alır? - Özü açıqladı

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü