Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10527
az

ABŞ-dan Paşinyana SENSASİON ÇAĞIRIŞ: Əraziləri Azərbaycana qaytar, onlara cinayət işi aç

11:2104 Mart, 2019
1695
QARABAĞ
  • A
 
ABŞ-dan Ermənistanın baş naziri Nikol Paşinyana işğal altındakı əraziləri Azərbaycana qaytarmaq çağırışı edilib.

Publika.az xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məsləhətçisi, amerikalı politoloq Ray Salvatore Cenninqs Paşinyana Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimə qarşı cinayət işini açmağa çağırıb.

Amerikalı politoloq qeyd edib ki, Qarabağda qalaqurma Paşinyana danışıqlar masasında elastiklik imkanı verəcək.

“Ermənistan rəhbərliyi Qarabağdakı qüvvələri oyundan kənarlaşdırmalı və onlara qarşı cinayət işi açmalıdır. Qarabağda qalaqurma siyasəti Ermənistan rəhbərliyinə münaqişənin həlli üçün müzakirələrin aparıldığı danışıqlar masasında elastiklik imkanı tanıyacaq. Paşinyan müəyyən addımları atdı, artıq etibarın möhkəmləndirilməsi mexanizmlərinin reallaşdırılmasına hazırlıq haqqında danışırlar”, - deyə Cenninqs vurğulayıb.

Onun fikrincə, bu addımlar Paşinyana müəyyən dividendlər gətirəcək: “Ərazilərin qaytarılması Ermənistanın xeyrinə olacaq. Azərbaycan bunun qarşılığında Ermənistana bir sıra beynəlxalq təşəbbüslərə, misal üçün Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulmaq icazəsi verəcək. Bundan başqa, ABŞ-ın Ermənistanın yeni hökumətinə etibarının möhkəmlənməsi onun “Şərq və Qərb” arasında öz münasibətlərinin tənzimlənməsindən asılı olacaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO
Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür
Laçına müntəzəm avtobus reysi açılır

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Tərkibində ən çox B12 vitamini olan qidalar BUNLARDIR
Göyçayda 3 otaqlı ev yanıb