Qatığın üzərində yığılan sarı su insan sağlamlığına olduqca faydalıdır. Lakin bu görüntü bir çox insanı narahat edir. Amma bu problemin qarşısını almaq o qədər də çətin məsələ deyil.
Oxu24.com xəbər verir ki, qatıq həzm sisteminin yaxşı işləməsi üçün olduqca təsirli qidadır. Yatmadan öncə və ya yuxudan ayıldıqdan dərhal sonra qatıq yesəniz, bədəniniz zərərli maddələrdən daha tez təmizlənər.
1. Qatığın qabını silkələməkdən çəkinin. Mümkün qədər hərəkətsiz tutmağa çalışın. Silkələnən qatıq sulanmağa meyillidir.
2. Qatığı başqa bir qaba qoyarkən metal, gümüş və ya plastik qaşıqdan istifadə etməyin. Bu da qatığın sulanmasına səbəb ola bilər. Bu proses üçün taxta qaşıqdan istifadə edə bilərsiniz.
3. Qatıq götürərkən üzdən qaşıqlamağa çalışın. Şaquli şəkildə qaşığı batırsanız, tez sulanacaq.
4. Qatıq qabının qapağını bağlamadan öncə qapağın içinə kağız salfet yerləşdirin. (publika.az)
Oxu24.com
ŞƏRHLƏR