Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105139
az

Vuçiç Serbiya Müdafiə Nazirliyinin rəhbərini baş nazir postuna namizəd kimi irəli sürüb

21:0130 Mart, 2024
68
DÜNYA
  • A

Serbiya prezidenti Aleksandr Vuçiç hakim Serb Tərəqqi Partiyasından (SPP) ölkənin baş naziri postuna Müdafiə Nazirliyinin rəhbəri Miloş Vuçeviçin namizədliyini irəli sürüb.

 

Oxu24.com  xəbər  verir  ki,  bu barədə RİA Novosti məlumat yayıb.

 

"Konstitusiyanın   bəndinə əsasən, mən Serbiya Xalq Məclisinə (Parlament) Miloş Vuçeviçi Serbiya Respublikası Hökumətinin sədri vəzifəsinə namizəd kimi təklif edirəm", - prezident müraciət edib.

 

Qeyd olunur ki, yaxın günlərdə parlament yeni hökumətin tərkibinə baxılması və təsdiqlənməsi üçün vaxt təyin edəcək.

 

Bir gün əvvəl Serbiyanın rəhbəri Aleksandr Vuçiç demişdi ki, Serbiya və onun vətəndaşları hərbi neytrallığı nəzərdə tutan müstəqil siyasət və anti-Rusiya sanksiyalarının rədd edilməsi səbəbindən Qərbin ciddi təzyiqi altındadır.

 

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Serbiyanın Rusiyaya mənəvi yaxın olduğunu və əsrlər boyu onun ən etibarlı müttəfiqi olduğunu qeyd edib.

 

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin tezliklə milli maraqları üçün təhlükə ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanı Ukraynaya çevirməyi və ikinci cəbhə açmağı planlaşdırırlar - Kobaxidze