Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105106
az

SENSASSİYA! Rusiyada terror törədənlərin bir qismi bu ölkəyə qaçıb

20:2029 Mart, 2024
1078
CƏMİYYƏT
  • A

Moskva yaxınlığındakı Crocus City Hall konsert zalına basqın edən terrorçular hücumdan sonra vəd etdikləri mükafatı almaq üçün Kiyevə gediblər.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

 

İstintaq Komitəsinin məlumatına görə, cinayətkarların hərəkətlərini onlara təxəllüslə özünü təqdim edən şəxs koordinasiya edib.

 

O, Telegram messencerində onlara səsli mesajlar göndərib.

 

Koordinatorun göstərişi ilə terrorçular cinayəti törətdikdən sonra avtomobillə Rusiya və Ukrayna sərhədinə doğru hərəkət ediblər.

 

Onlar vəd edilən mükafatı almaq üçün Kiyevə gediblər.

 

Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskda Crocus City Hall konsert zalında terror aktı baş verib.

 

İstintaqın məlumatına görə, “Piknik” qrupunun çıxışından əvvəl Dalerjon Mirzoev, Səidəkrami Raçabalizoda, Məhəmmədsobir Fayzov və Şəmsidin Fəriduni avtomatlarla silahlanaraq girişdə ziyarətçilərə atəş açıb, daha sonra hücumu konsert məkanının daxilində davam etdiriblər.

Terror aktı zamanı cinayətkarlar binanı benzinlə yandırıblar, nəticədə konsert zalı tamamilə yanıb.

Martın 23-də səhər saatlarında Bryansk vilayətində terror aktında şübhəli bilinən 4 nəfər saxlanılıb. Ertəsi gün onlar tutularaq mayın 22-dək istintaq təcridxanasına göndərilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda polis qəzada vəfat etdi
Şənbə günü hava necə olacaq?

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Lerikdə əməliyyat keçirdi: Narkokuryerlər tutuldu