Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105098
az

“Terminator”  ürək əməliyyatı keçirtdi

20:5129 Mart, 2024
168
DÜNYA
  • A

Aktyor, “Terminator” filminin ulduzu Arnold Şvartsenegger ürəyində keçirdiyi yeni əməliyyatdan sonra ilk fotosunu nümayiş etdirib.

 

Oxu24.com   xəbər  verir  ki, O, kadrı İnstaqramda yayımlayıb.

 

Fotoda Şvartsenegger kardiostimulyatorla pozalar verib.

 

Onun sözlərinə görə, o, tezliklə yeni filmdə rol alacaq.Apreldə sənətçi "Fubar" serialında işə qayıdacaq.

 

Bir gün əvvəl Şvartsenegger dedi ki, ona kardiostimulyator quraşdırılıb.

 

Bu, aktyorun dördüncü ürək əməliyyatı olub.

 

Şvartseneggerin dediyinə görə, aparat ona görə lazım olub ki, onun əvvəlki əməliyyatlarından birində çapıq toxuması onun ürək döyüntüsündə pozuntulara səbəb olub.

Şvartsenegger ilk dəfə 1997-ci ildə ürək əməliyyatı keçirib. O, anadangəlmə ürək qüsuru səbəbindən aorta ürək qapağı dəyişdirilib. Sənətçi 2018 və 2020-ci illərdə də oxşar əməliyyatlar keçirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moldova müxalifət partiyasının üzvü Kişinyov hava limanında üç saat saxlanılıb
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini illik 5,25-5,5% səviyyəsində saxlayıb
ABŞ onlarla Rusiya müəssisəsinə qarşı sanksiya tətbiq edib