Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105
az

“Könül Xasıyevaya yalvardım kömək etmədi” - Məşhur şairənin acınacaqlı taleyi

16:2930 Mart, 2018
4239
ŞOU-BİZNES
  • A
ARB TV-nin “Sirdaş Rövşanə” proqramına müraciət edən məşhur mahnıların söz yazarı olan şairə Şərafət Dağıstanlı yardım istəyib.

Oxu24.com -un məlumatına görə, o, çətin vəziyyətdə olduğunu bildirib. Proqramın çəkiliş qrupu 81 yaşlı şairənin yaşadığı evdə qonaq olub. O, ağır günlərindən danışıb:

“Havadayam, adıma evim belə yoxdur. Bir qızım və bir nəvəm var. Onlar da kirayə yaşayırlar. Bu yaşadığım ev də xaricdə yaşayan bir qohumumundur. Dedilər ki, Şərafət xala, nə qədər istəyirsiz burada qalın. 3 il bu evdə soyuqdan donmuşam. Şairə olduğum üçün peşmanam. O qədər mahnım oxunur, lakin məni nəzərə alan yoxdur. Könül Xasıyevaya o qədər yalvarmışam ki, Könül, heç olmasa adımı çək, etmədi. Cavab verir ki, o xalq mahnısıdır.

Çox pis vəziyyətdə yatırdım. Tacirə dedim ki, oğlum, mahnımı oxuyursan, heç olmasa mənə dərman pulu ver. Dedi ki, edərəm, edərəm, o da qaldı”.

Şairə aparıcı Rövşanə Ağasəfqızının "Sədəqə belə toplamısız" sualını ağlayaraq təsdiqləyib:

“Ağlıma belə bir mövzu ilə efirə çıxacağım gəlməzdi. Hər kəsə deyirəm ki, cavanlıqda özünüzə gün ağlayın. Ömür boyu işləmişəm. Dünya Azərbaycanlılar Konqresinin və AYB-nin üzvüyəm. Evim var idi. Qızımın uşağı doğulan zaman ehtiyacdan məcbur olub satdım”.




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Xanlarovaya hücum oldu - Avtomobilinin qarşısını kəsdilər +VİDEO
Müğənnidən  canlı efirdə uşaq evinə HƏDİYYƏ – VİDEO
Bu da Rəqsanənin villası - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ