Bu ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 864 ədəd daxili yanma mühərrikiylə yanaşı elektriklə hərəkətə gətirilən (hibrid) avtomobil idxal edilib.
İdxal olunan avtomobillərin 6-sı dizel ilə hərəkətə gətirilir.
Yanvar ayında idxal olunan hibrid avtomobillərin ümumi dəyəri 25 milyon 26,54 min dollar olub. Bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 28 min 818 dollar (48 min 992 manat) olub.
İdxal olunan hybrid avtomobillər əsasən Yaponiyadan (338 ədəd), Çindən (209 ədəd) ABŞ-dən (130 ədəd), Koreyadan (88 ədəd) və Almaniyadan (34 ədəd) gətirilib.
Azərbaycan eyni zamanda yanvar ayında xarici ölklərə 14 ədəd hibrid avtomobil ixrac edib. İxrac olunan hibrid avtomobillərin 2-si Qazaxıstana (1 ədədi 28 min dollar), 1-i Qırğızıstana (109 min dollar), 7-si Birləşmiş Ərəb Əmirliklərinə (108 min dollar), 3-ü Gürcüstana (28 min dollar), 1-i isə Türkiyəyə (109 min dollar) satılıb.
Oxu24.com
ŞƏRHLƏR