"Crocus"da terror aktının arxasında ABŞ, Böyük Britaniya və Ukrayna dayanır.
OXU24.COM APA-ya istinadən bildirir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib: "Bütün hallarda biz malik olduğumuz fakturadan danışırıq. Bu ümumi məlumatdır. Lakin müəyyən işlənmələr var".
O, "Crocus"da baş verən terror aktından sonra cavab tədbirlərinin olacağına söz verib.
FTX direktoru qeyd edib ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov Rusiyaya qarşı cinayət törədən hər kəs kimi Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfdir.
O, rəsmi Kiyevi terrorçu təşkilat kimi tanımaq haqqında da danışıb: "Bunu etməliyik. Bu, təkcə hesab etmək üçün yox, həm də müvafiq qərarlar qəbul etmək üçün əsasdır".
Bortnikovun sözlərinə görə, "Crocus" terror aktı işində saxlanılan 11 nəfərlə fəal işləyirlər və müəyyən edilmiş yardımçıların dairəsi daha geniş olacaq.
FTX direktoru əlavə edib ki, Ukraynanın Yaxın Şərqdə silahlılara təlim keçdiyi məlumdur.
Oxu24.com
ŞƏRHLƏR