Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104909
az

Azərbaycan Çinlə birgə istehsalat bazasının yaradılmasında maraqlıdır

17:4926 Mart, 2024
181
İQTİSADİYYAT
  • A

Biz Çin şirkətləri ilə birgə Azərbaycanda istehsal bazası yaratmaq istərdik.

OXU24.COM  Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "Global Times"a müsahibəsində deyib.

"Hazırda biz Çindən elektrobuslar və digər avadanlıqlar alırıq. Çin şirkətləri ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda istehsal bazası yaratmaq istərdik", - o bildirib.

H.Hacıyev qeyd edib ki, davamlı inkişaf məqsədlərinə əsaslanan milli prioritetlərində rəqəmsal transformasiya Azərbaycan üçün bir nömrəli prioritetdir.

"Biz "yaşıl" iqtisadiyyata keçid proqramımızda Çini tərəfdaş kimi qəbul edirik. Biz, həmçinin, çinli dostlarımızdan Azərbaycanda bərpa olunan enerji mənbələri üçün istehsal xətlərinin quraşdırılmasını xahiş edirik. Çində elektromobil istehsalı sənayenin aparıcı sahələrindən biridir", - deyə o vurğulayıb.

O, həmçinin, Çin şirkətlərinin Azərbaycanda daha çox olmasını arzuladıqlarını qeyd edib.

"Çin şirkətləri artıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində iştirak edirlər, lakin biz daha çoxunu gözləyirik, çünki Azərbaycan "yaşıl" inkişafa doğru gedir", - o əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub