Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104861
az

İngiltərə Rusiyanın Ukraynadakı F-16-larla bağlı NATO siqnalına işarə edib

19:2425 Mart, 2024
142
DÜNYA
  • A

Rusiya Ukrayna aerodromlarına zərbələr endirməklə NATO ölkələrinə xəbərdarlıq edib ki, F-16 qırıcıları Ukrayna obyektlərində yerləşdirilsə, onlar məhv ediləcək.

 

Oxu24.com  xəbər  verir  ki, bu fikirləri britaniyalı ekspert Aleksandr Merkuris deyib.

 

O, Xmelnitski vilayətində Starokonstantinov aerodromuna hücumu belə şərh edib.

 

Merkurisin sözlərinə görə, ukraynalılar onlara verilən F-16-ları məhz orada almaq niyyətində idilər.

 

O, etiraf edib ki, zərbələr nəticəsində aerodromlardan birinə dəyən ziyan qırıcıların tədarükünü ləngidə bilər.

 

“Bu həm də NATO güclərinə xəbərdarlıq olacaq ki, əgər F-16-lar həqiqətən də bu aerodromda yerləşərsə, ruslar onları vura biləcəklər”, – Merkuris YouTube kanalında bildirib.

 

Xatırladaq ki, “The New York Times” martın 11-də Ukraynanın 2024-cü ilin yayına qədər vəd etdiyi 45 F-16 qırıcısından yalnız altısını ala biləcəyini yazıb. Məqalədə deyildiyi kimi, Danimarka onları təhvil verəcək.

 

Rusiya Xarici İşlər Nazirliyi Amerika təyyarələrinin tədarükünün xüsusi əməliyyatın gedişinə heç bir şəkildə təsir etməyəcəyini bəyan edərək, Qərbin əvvəllər geniş şəkildə reklam edilən hərbi texnikasının Ukrayna Silahlı Qüvvələrinə cəbhədə sıçrayış gətirmədiyini xatırladıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı