“Prezidentlə görüşdə irəli sürdüyüm təkliflərlə bağlı dünəndən bəri Mədəniyyət Nazirliyindən və digər yerlərdən mənə zənglər olur. Prezident artıq nazirə tapşırıqlarını verib”Bu barədə Azvision.az -a Xalq artisti Afaq Bəşirqızı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ötən gün mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi görüşdən danışarkən deyib.
Aktrisa görüşdə üç təkliflə çıxış etdiyini bildirib: “Belə görüşlərin il ərzində iki- üç dəfə olması vacibdir. Cənab Prezidentin özü də bunu qeyd etdi. Mənim verdiyim təkliflərlə bağlı dünən gecədən Mədəniyyət Nazirliyindən və digər yerlərdən zənglər olur. Prezidentə aktyorların maaşının artırılması, teatrın birinci kateqoriyaya keçirilməsi , aktyorların evlə təmin olunması ilə bağlı təkliflər verdim. Çıxışım zamanı bildirdim ki, biz bu səviyyəyə ata, qardaş, əmi, dayı zəngi ilə gəlməmişik. Canımızı qoymuşuq. Dövlətin hörmətini, xalqın sevgisini qazanmışıq. Amma indi həmin o hörməti bizdən sonrakı nəsil üçün xərcləməliyik. Buna görə də, mənim vətəndaşlıq borcum idi ki, bütün bunları Prezidentə açıb deyim. Təkliflərin nəticələrini gözləyirəm. Prezident də çıxışında bir neçə dəfə mənim təkliflərimi təhlil etdi və nazirə göstərişlər verdi. Çünki aktyorların maddi durumu, sosial vəziyyətləri çox ağırdır. Biz səhnədə oynayırıq, həyatda oynaya bilmirik. Amma o demək deyil ki, biz susmayılıq”.
Oxu24.com
ŞƏRHLƏR