Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104666
az

Bu ölkədə nazirlər maaşdan imtina etdi

12:1221 Mart, 2024
103
DÜNYA
  • A

Hökumət xərclərinə qənaət etmək üçün tədbirlərin görülməsi Pakistanda fevral ayında keçirilən parlament seçkilərindən sonra formalaşan Şahbaz Şərifin rəhbərlik etdiyi yeni federal hökumətin ilk addımlarından biri olub.

Bazar ertəsi Nazirlər Kabineti dövlət büdcəsinə qənaət etmək məqsədilə nazirlərin və hökumət nümayəndələrinin xaricə səfərlərini məhdudlaşdırıb, həmçinin belə səfərlər üçün yeni qaydalar tətbiq edib. Nazirlər, onların müşavirləri və köməkçiləri ildə üç dəfədən çox olmamaqla və yalnız milli büdcəyə qənaəti təmin edən hökumət komitəsinin, habelə Xarici İşlər Nazirliyinin icazəsi ilə xaricə getməlidirlər. Bu məhdudiyyət Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələrini də əhatə edir. Xaricə səyahət edərkən onlara beşulduzlu otellərdə qalmaq da qadağandır. Nazirlərin və məmurların xarici ölkələrə səfərlərini azaltmaq üçün Pakistanın xaricdəki səfirliklərinə diplomatları beynəlxalq forum və tədbirlərə mümkün qədər geniş şəkildə cəlb etmək tövsiyə olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Türkiyənin İsraillə bağlı qərarından razı qalıb
38 yaşlı qadınla 18 yaşlı gəncin eşqi - VİDEO - FOTO
Rusiya Çasov Yarda on minlərlə qoşun toplayıb

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü