Rusiyalı jurnalist Anna Nikitenko Omsk-Tyumen magistral yolunda qəza nəticəsində dünyasını dəyişib.
Oxu24.com Rusiya mediasına istindən xəbər verir ki, 565-ci kilometrdə altı sərnişini olan mikroavtobus qəzaya düşüb və qarşıdan gələn zolağa çıxan DAF markalı yük maşını ilə üz-üzə toqquşub.
Omsk vilayəti üzrə yol polisinin mətbuat xidməti qeyd edib ki, yük maşını təkərin sınması səbəbindən idarəetməni itirib. Yük maşını da başqa bir yük maşınına çırpılıb və hər üç sürücü həlak olub.
Nəşrin məlumatına görə, 32 yaşlı Nikitenko ailəsini ziyarət etmək üçün Tyukalinska gedirmiş. Mikroavtobusda olan 4 sərnişin həlak olub. İstintaq Komitəsi redaktorlara bildirib ki, zərərçəkmişlərdən birinin məlumatları jurnalistin məlumatları ilə tamamilə üst-üstə düşür.
Nigar
Oxu24.com
ŞƏRHLƏR