Krım yarımadasının qeyri-qanuni ilhaqının tanınmaması və Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək məsələsində Ankaranın mövqeyi dəyişməz olaraq qalır.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Rusiyanın Krım yarımadasını ilhaqının onuncu ildönümü ilə əlaqədar şənbə günü yaydığı bəyanatda deyilir.
Türkiyə departamenti xatırladıb ki, 2014-cü il martın 16-da keçirilən qeyri-legitim referendumda Krım Muxtar Respublikasının Rusiya Federasiyası tərəfindən ilhaqından 10 il keçir.
“Biz Krımda baş verənləri, əsasən də yarımadanın yerli sakinləri olan türk əsilli Krım tatarlarının vəziyyətini yaxından izləməyə davam edəcəyik və bunu prioritet gündəmimizdə saxlayacağıq”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Bir daha təsdiq edirik ki, beynəlxalq hüququn pozulmasını təşkil edən bu faktiki vəziyyəti, habelə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi tanımırıq”, - deyə departament əlavə edib.
Miri
Oxu24.com
ŞƏRHLƏR