Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104220
az

Atası terrorda şəhid olmuşdu... - “Azəriqaz”ın yeni baş direktoru kimdir?

20:2511 Mart, 2024
153
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib, onun yerinə isə Azər Məmmədov təyin olunub.

Bu təyinatadək qurumda baş direktorun müavini vəzifəsində çalışan Azər Məmmədov şəhid oğludur.

Belə ki, onun atası Vəli Məmmədov 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulmuş helikopterdə olub. Mərhum deputat V.Məmmədov terror hücumunda həyatını itirən 22 nəfərdən biridir.

Maraq üçün onu da qeyd edək ki, Təhlükəsizlik Şurasının növbəti iclasında iştirak etmək üçün tərtib olunan siyahıdan əvvəlcə millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədovun adları çıxarılıb.  Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Nəticədə Deputatlar Vaqif Cəfərov və “Azəriqaz”ın baş direktorunun atası Vəli Məmmədovun adı yenidən siyahıya daxil edilir.

Qeyd edək ki, V.Məmmədov 1931-ci ildə Yardımlıda anadan olub.

Fotoda Vəli Məmmədov ailə üzvləri ilə...

 
 
 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güneydə “Ana dilində danışaq” aksiyası başladı - VİDEO
Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib