Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104052
az

“TikTok” istifadəçilərini kədərləndirəcək daha bir xəbər

15:1308 Mart, 2024
124
CƏMİYYƏT
  • A

May ayında mahnıların çoxu "TikTok"dan silinəcək.

OXU24.COM  xəbər verir ki, bu barədə Milli Musiqi Nəşriyyatları Assosiasiyası (NMPA) xəbərdarlıq edib.

Bildirilir ki, "TikTok"la müqavilə mayın 1-də qüvvədən düşəcək, NMPA yeni lisenziya formalaşdırmaq niyyətində deyil.

Lisenziyanın başa çatması o deməkdir ki, bir çox musiqi trekləri "TikTok"dan yox olacaq.

Qeyd edək ki, NMPA lisenziyasından tanınmış müstəqil sənətçilər də istifadə edirlər.

Bununla belə, sosial şəbəkədən çıxarılacaq musiqilərin miqyası haqqında hələ heç nə məlum deyil.

Təşkilat bildirib ki, yaradıcılar musiqilərini video hostinq üçün lisenziyalaşdırmağı davam etdirmək istəyirlərsə, onlar birbaşa platforma ilə müqavilə bağlamalıdırlar.

Xatırladaq ki, bundan əvvəl dünyanın ən böyük musiqi nəşriyyatına sahib "Universal Music Group" şirkətinin Taylor Svift, Ariana Grande, Jastin Biber, "Coldplay", "The Weeknd", Dreyk və s. treklərini ehtiva edən musiqi kataloqunu "TikTok"dan çıxartdığı barədə xəbər vermişdik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı