Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103972
az

Bu şəxslərə oruc tutmaq OLMAZ - Həkimdən XƏBƏRDARLIQ

20:5406 Mart, 2024
165
  • A

Ramazan ayının başlamasına sayılı günlər qalıb. Bu müddət ərzində insanları ən çox maraqlandıran sullardan biri də "Kim oruc tuta bilməz" sualıdır.

Bəs Ramazan bayramında kimlərə oruc tutmaq tövsiyə edilmir?

OXU24.COM  bildirir ki, mövzu ilə bağlı Sfera.az-a danışan endokrinoloq Fuad Əliyev bildirib ki, oruc tutmağın bir çox faydaları olsa da bəzi xəstələr üçün ziyanlıdır.

"O xəstəliklərdən biri də diabet xəstəliyidir. Oruc tutanların arasında diabet xəstələrinin sayı da az deyil. Oruc tutan insanın orqanizmində köhnə hüceyrələr yenilənir. Lakin hər kəsin oruc tutmağı tövsiyə edilmir. Diabet xəstələri oruc tutan zaman onlarda ani ağırlaşmalar baş verə bilər. Oruc tutan diabet xəstələrində şəkərin aşağı düşməsi, yəni hipoqlikemiyalar müşahidə edilir. Bu, əsasən, pasientlərdə fiziki aktivlik çox olanda və normal qidalanmayanda baş verir. Bu zaman titrəmə, tərləmə, halsızlıq kimi simptomlar ortaya çıxır. Diabetli xəstələr həkim nəzarət olmadan oruc tutarlarsa bu hallarla üzləşirlər".

F. Əliyev qeyd edib ki, insulin vurulan xəstələr və hamilə olan diabet xəstələri ümumiyyətlə oruc tuta bilməzlər.

"Pəhrizi və fiziki aktivliyi tənzimlənən xəstələr yalnız həkim nəzarəti ilə oruc tuta bilərlər. Onlar da öncədən buna xüsusi hazırlaşmalıdırlar. Yəni insanlar öncədən sağlam qidalanmalıdır ki, orucluq zamanı onların orqanzmində fəsadlar yaranmasın".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?
Bəzi yollarda duman olacaq

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü