Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103769
az

“Ölü üçün ağlamaq, başdaşına şəkil vurmaq qadağandır” – İlahiyyatçı

12:1703 Mart, 2024
127
CƏMİYYƏT
  • A

Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda dünyadan köçənlərin dəbdəbəli qəbirləri daim qınaq mövzudur.

OXU24.COM  bildirir ki, "Yeni Sabah"a danışan ilahiyyatçı Əkrəm Həsənov bununla bağlı bir sıra məqamlara toxunub:

"Dinimizdə bu məsələyə dair hökmlər var. Həmin məqamlara mütləq formada diqqət etməliyik. İslamda məzar daşlarının üzərində nəinki bər-bəzək, şəkil belə yerləşdirmək olmaz.

İslama görə, qəbir daşının hündürlüyü bir qarış olmalıdır. Başdaşına şəkil vurmaq, yazı yazdırmaq, yəni qəbri bəzəmək qadağan olunub".

İlahiyyatçı bildirir ki, insan ölməzdən əvvəl bu barədə vəsiyyət edib, yaxınlarına xəbərdarlıq etməlidir:

"Belə bir hədis var ki, qəbirdə olan üçün ağladıqlarına görə meyitə əzab verilir. Bəzi alimlər də bunu təsdiqləyir. İnsanlar sağlığında vəsiyyət etməlidir ki, onun üçün qəbir bəzədilməsin, başdaşında şəkil olmasın və onun üçün ağlaşma qurulmasın. 

Təəssüf ki, bu gün müsəlmanlar qəbirləri ehtişamlı edir, onları bütləşdirirlər. Bunun dinlə heç bir əlaqəsi yoxdur. Bu örfi bir məsələdir. Yəni adət-ənənəyə bağlıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artistinin qızı nişanını qaytarıb
“Instagram”a əsaslı yenilik gəlir