Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103699
az

Bolqarıstan Rusiya neftindən imtina etdi

23:4501 Mart, 2024
101
DÜNYA
  • A

Martın 1-dən Bolqarıstan Rusiya neftinin tədarükündən imtina edib.

 

Oxu24.com  xəbər  verir   ki,  bu  barədə  Novinite məlumat  yayıb.

 

Brüssel Bolqarıstana güzəşt versə də və 2024-cü ilin sonuna qədər Rusiya Federasiyasından alış-verişi davam etdirməsinə icazə versə də, ölkə hakimiyyəti neft embarqosuna vaxtından əvvəl qoşulmaq qərarına gəlib.

 

Bolqarıstan parlamenti müvafiq qərarı “davam edən geosiyasi gərginlik fonunda Rusiyanın birbaşa maliyyələşdirməsini” dayandırmaq zərurəti ilə izah edib.

 

2023-cü ilin sonunda Bolqarıstan Rusiyadan gündəlik 200 min barelə qədər neft alıb və ölkədə yeganə olan LUKOIL-a məxsus Burqas neft emalı zavodunu təmin edib.

 

1999-cu ildən LUKOIL-un 500 yanacaqdoldurma məntəqəsi şəbəkəsi ilə birlikdə sahib olduğu illik gücü 8,8 milyon ton olan zavod üçün 60 faiz mənfəət vergisi tətbiq edilib. Bu, Rusiya şirkəti ölkədəki biznesdən qurtulana qədər qüvvədə olacaq.

 

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Xarkov və Zaporojye istiqamətində irəlilədi
İraqın şimalında 12 terrorçu zərərsizləşdirilib
Gürcüstanda bir neçə partiya parlamentin işini boykot edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA