Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103594
az

Bakıda sərnişinə \"səni Kanadaya qaçıracağam\" deyən taksi sürücüsü həbs edildi

20:1728 Fevral, 2024
92
  • A

Bakıda xanım müştərisini evlənmək məqsədi ilə Kanadaya qaçıracağını deyən taksi sürücüsü həbs edilib. 

OXU24.COM  xəbər verir ki, bir neçə gün əvvəl sifarişlə çağırdığı taksiyə əyləşən Arifə Həsənova (ad-soyad şərti) ona qarşı qeyri-etik ifadələr işlədən sürücü barəsində polisə şikayət edib. 

Xanım sərnişinin şikayəti əsasında taksi sürücüsü saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək iş məhkəməyə göndərilib. 

Məhkəmədə zərərçəkmiş şəxs Arifə Həsənova bildirib ki, hazırlıqdan çıxıb evə getmək üçün nənəsi taksi çağırıb. Taksi sürücüsü Zamin Kamilov (ad-soyad şərti) Arifədən əvvəlcə nənəsinin "yeraz" olduğunu soruşub, özünün də anasının və keçmiş arvadının "yeraz" olduğunu deyib. 
Daha sonra bir qədər də irəli gedərək, ona evlənmək təklifini edib. "Səni mənə versələr, evlənərəm" deyib. Zamin Kamilov gələckdə Kanadaya yerləşəcəyini və onu da özüylə qaçıracağını deyib. Taksi sürücüsü həmçinin bilərək yolu uzadıb. 

Zamin Kamilov isə Arifə Həsənova ilə aralarında normal tərzdə söhbət olduğunu, ona heç bir əxlaqsız təklif etmədiyini bildirib. Onunla sadəcə zarafat etdiyini bildirib və bunun da səhv hərəkət olduğunu etiraf edib. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yeniyetmə oğlan Gəncə sakininə qarşı onlayn dələduzluq etdi