Almaniya Hərbi Hava Qüvvələri Rusiyanın İl-20M təyyarəsinin aşkarlanması səbəbindən qırıcı təyyarələri havaya qaldırıb.
Helsinki yaxınlığında hərbi kəşfiyyat təyyarəsi görünüb.
Oxu24.com xəbər verir ki, Almaniya Hərbi Hava Qüvvələrinin məlumatına görə, insident fevralın 26-da baş verib. Almaniya tərəfindən Laagedə (Almaniyanın şimalındakı Meklenburq-Ön Pommern federal əyaləti) sürətli reaksiya qüvvəsi yaradıldı. Elan edilmiş uçuş planı olmayan Rusiyanın İl-20M təyyarəsi Helsinkinin cənub-şərqində Alman Eurofighters tərəfindən aşkarlanıb.
Daha sonra Fransa Silahlı Qüvvələri Baş Qərargahının X sosial şəbəkəsindəki səhifəsində Rusiyanın İl-20 kəşfiyyat təyyarəsinin görünməsi barədə məlumat yayıb.
Hesabatda Fransanın “Mirage 2000-5” döyüş təyyarələrinin Estoniya sərhədləri yaxınlığında Rusiyanın İl-20M təyyarəsinin qarşısını almaq üçün həyəcan siqnalı verildiyi qeyd edilib. "Məqsəd: Baltikyanı müttəfiqlərimizin hava məkanını qorumaqdır",- deyə Fransa ordusu rəsmi açıqlmada qeyd edib.
Rusiya Müdafiə Nazirliyi Rusiya kəşfiyyat təyyarəsinin uçuşu barədə məlumat verməyib və Almaniya Hərbi Hava Qüvvələri və Fransa Silahlı Qüvvələrindən yayılan məlumatları şərh etməyib. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi vurğulamışdı ki, Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrinin bütün uçuşları hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi şəkildə uyğun olaraq həyata keçirilir.
Miri
Oxu24.com
ŞƏRHLƏR