Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103549
az

Zaqatalada əcnəbi narkotacirlə əlbir olaraq narkotik satan şəxs saxlanılıb

09:5928 Fevral, 2024
165
KRİMİNAL
  • A
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin və psixotrop tərkibli həblərin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri zamanı Gəncə şəhər sakini Mövsüm İsgəndərov saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 2 kiloqrama yaxın marixuana, 20 ədəd metadon həbi, 34 qram tiryək, 22 qram metamfetamin və heroin aşkar edilib. Araşdırma zamanı M.İsgəndərovun həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu iranlı narkotacirdən onlayn yolla aldığı və həmin şəxsin göstərişi ilə Gəncə şəhərinə apararaq orada satmaq istəməsi müəyyən edilib. M.İsgəndərov əvvəlcədən fotoşəkillər vasitəsilə ona göndərilən Zaqatala rayonundakı ünvandan narkotik vasitələri götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb, saxlanılmış şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO
Bərdədə qadın qohumu tərəfindən bıçaqlandı

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı