Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10351
az

Azərbaycan bu cəbhəyə texnika yeritdi -RƏSMİ MƏLUMAT

17:2026 Fevral, 2019
1217
HƏRBİ
  • A
 
Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimi keçirilib.

Bu barədə Oxu24.com -a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

2019-cu tədris ilinin ilk komanda-qərargah təlimində “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının birgə fəaliyyəti” icra edilib.

Dövlət sərhədində real və potensial təhdidlərin dəf edilməsi, terrorçuların və qeyri-leqal miqrantların qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması, sərhədboyu zonada əhalinin və mülkiyyətin qorunması məqsədilə birgə fəaliyyətlər məşq etdirilib.

Axtarış əməliyyat tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda yaradılmış birgə qərargahda toplanan məlumatlar təhlil edilərək mərkəzi qərargaha ötürülüb. Mərkəzi qərargahda Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin rəhbərliyi altında təlimin gedişi canlı videobağlantı vasitəsilə izlənilib.

Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, yerli hüquq-mühafizə və icra orqanlarının birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu