Qərb Rusiya xalqı ilə müharibəyə getmək istəmir və Ukrayna münaqişəsinin genişlənməməsi üçün çalışmaq niyyətindədir.
Oxu24.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Eyni zamanda o, əlavə edib ki, cəbhədəki vəziyyət Ukraynaya dəstək baxımından Qərb ölkələrindən “ciddi qərarlar” tələb edir.
"Biz hamımız rus xalqı ilə müharibə etmək istəmədiyimizlə razıyıq. Münaqişənin başlanğıcından bəri uğurla etdiyimiz kimi, gərginliyin qarşısını almaqda qərarlıyıq", - deyə Makron konfransın açılışında bildirib.
Makron həmçinin təkrar edib ki, müttəfiqlər “lazım olduğu qədər” Kiyevi dəstəkləməyə hazırdır, çünki münaqişədə Ukrayna tərəfinin qələbəsi “Qərb dövlətləri üçün təhlükəsizlik məsələsidir”.
“Bugünkü görüşün məqsədi, bir çoxumuzun artıq imzaladığımız ikitərəfli sazişlərin davamı olaraq, milli və kollektiv səviyyədə maliyyə və hərbi dəstək, mövcud hərbi imkanlar baxımından daha çox şey edə biləcəyimizi anlamaqdır”, - deyə Fransa lideri bildirib.
Makron həmçinin Rusiya Federasiyasını davranışını “sərtləşdirməkdə” və Qərb ölkələrində kiberhücumların sayını artırmaqda ittiham edib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR