Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103368
az

Alimlər müalicəsi olmayan bu böyrək xəstəliyinə çarə tapdı

09:0925 Fevral, 2024
128
CƏMİYYƏT
  • A

Alimlər müəyyən ediblər ki, böyrək çapıqları olan insanlarda "SOX9" zülalının funksiyası pozulur.

OXU24.COM  bildirir ki, böyrəklər tez-tez diabet, hipertoniya, infeksiyalar, antibiotiklərin və ya qeyri-steroid iltihabəleyhinə ağrıkəsici dərmanların istifadəsi nəticəsində zədələnirlər.

Bioloqlar laboratoriya siçanlarında böyrək zədələnməsini araşdırıblar. Aşkar ediblər ki, zədələnmiş hüceyrələr özlərini bərpa etmək üçün SOX9 zülalını aktivləşdirir, sonra isə deaktiv edirlər. Bununla belə, bərpa oluna bilməyən hüceyrələrdə SOX9 aktiv olaraq qalır. Bu, böyrək toxumasının çapıq toxuması ilə əvəzlənməsinə və qanı süzmək qabiliyyətinin azalmasına səbəb olur.

Alimlər SOX9-u deaktiv etməyin yolunu tapıblar və heyvanlar üzərində sınaqdan keçiriblər. Onların kəşfi hazırda müalicəsi olmayan böyrək çapıqlarının sağaldılmasına səbəb ola bilər.

Tədqiqat "Science" jurnalında dərc olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”