Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103114
az

Ağstafada polisin “saxla” əmrinə tabe olmayan şəxs həbs edilib

08:3920 Fevral, 2024
202
  • A
Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (RPŞ, DYPB) əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “saxla” işarəsi verilib. Lakin sürücü polis əməkdaşının qanunu tələbinə tabe olmayaraq hərəkətini davam etdirib və rayon ərazisində təhlükəli manevrlər edib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində sürücü saxlanılıb. Başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanı altında avtomobil idarə edən sürücü Daşkəsən rayon sakini Altun Səməndov barəsində protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücülük hüququ və müvafiq etibarnaməsi olmadan avtomobil idarə A. Səməndov 30 gün müddətinə inzibati qaydada həbs edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur şirkətin regional direktoru bu ölkədə ÖLDÜRÜLDÜ -FOTO
İcra başçısının müavininə hücum edildi- Rəsmi açıqlama
Əhməd cəzadan azad edildi- Məcburi müalicə olunacaq (VİDEO)

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Məşhur şirkətin regional direktoru bu ölkədə ÖLDÜRÜLDÜ -FOTO