Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102719
az

Bayden Pentaqonun rəhbərinin istefası ideyasını dəstəkləməyib

23:3812 Fevral, 2024
104
DÜNYA
  • A

Ağ Evin hazırkı rəhbəri Co Bayden ABŞ-ın müdafiə naziri Lloyd Ostinin istefasını istəmir.

Oxu24.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

Baydenin ABŞ ordusunun rəhbərinin səhhətində yaranan problemlər fonunda öz vəzifələrini yerinə yetirə bilməyəcəyi ilə bağlı mümkün narahatlığı barədə suala Kirbi “Heç belə deyil” deyə cavab verdi.

Bundan əvvəl məlum olub ki, Ostinin Ukrayna üzrə təmas qrupunun iclasında iştirak etmək niyyətində olduğu Brüsselə səfərini ləğv edib.

Pentaqon rəhbəri sidik kisəsindəki problemlərə görə Uolter Rid Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün əvvəl məlum olub ki, nazir xəstəxanada olarkən onun vəzifələrini Pentaqonun rəhbərinin müavini Ketlin Hiqqs icra edəcək.

Bir gün əvvəl Pentaqon rəhbərinin xəstəxanaya yerləşdirilməsi ABŞ üçün ağır zərbə hesab olunurdu.

Amerikalı daha əvvəl Pentaqonun rəhbərinin istefasını proqnozlaşdırmışdı.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Radikal qruplaşmanın komandiri öldürüldü
İtaliyada güclü külək vaqonları aşırdı - VİDEO
Rusiyada zəlzələ oldu

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü