Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102675
az

Firad Əliyev: "Ötən ay orduda özünü öldürmə həddinə çatdırma cinayətləri qeydə alınmayıb"

11:4612 Fevral, 2024
99
CƏMİYYƏT
  • A
Yanvar ayı ərzində orduda özünü öldürmə həddinə çatdırma cinayətləri ümumiyyətlə qeydə alınmayıb. Bu barədə Oxu24.com-a açıqlamasında Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. Onun sözlərinə görə, Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə həyata keçirilmiş tədbirlərin nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 33,8 faiz azalıb: "Bundan başqa, hərbi xidmət əleyhinə olan cinayətlər 18,5 faiz, qeyri-hərbi cinayətlər 44,9 faiz, hərbi xidmətdən yayınma cinayətləri 45,2 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 35,3 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 85,7 faiz və mülkiyyət əleyhinə olan cinayətlər 22,7 faiz azalıb". Miri Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı