Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10257
az

Bərdəli Ramil Ziyadov evini-eşiyini satdı, velosipedə minib ölkəni tərk etdi - 5 ildə 32 ölkəni gəzib... - FOTO

23:2823 Fevral, 2019
1997
MARAQLI
  • A
 

Türkiyəyə səyahət zamanı Ankaraya gələn səyahətçi Kolumbiyada pide, çörək bişirdiyini deyib: "Getdiyim ölkələrdə mədəniyyətimizi və mətbəximizi insanlarla paylaşıram. Kolumbiyada pide, çörək bişirdim. Mövlananın bir sözü var, "hər şeyimi itirdim, özümü tapdım". Mən də hər şeyimi satdım, amma rahatlıq tapdım. Bir də belə seçim qarşısında qalsam, yenə bunu seçərəm".

Azərbaycanlı səyyah səfəri əsnasında ən çox təsirləndiyi bölgənin Rusiyadakı Baykal gölü və Sibir olduğunu söyləyib: "Baykal gölü mənim üçün rahatlıq tapdığım yerdir. Orada başqa bir dünyaya girdiyimi hiss edirəm. Fərqli bir atmosfer var. Hər kəsin bir dəfə getməsini məsləhət görərdim".

Səyyah Sibirdə təxminən iki aya qədər çadırda qaldığını deyərək orada macəra yaşadığını, çadırına ayı gəldiyini deyib: "Bir də baxdım ki çadırı iyləyir. Çadırdan  çıxdım və ayını qovmaq üçün əlimdəki səs bombasını atdım. Sabah bayıra çıxdığımda ayının ayaq izlərini gördüm. Mənim üçün bu çox maraqlı bir an idi".

Velosipediylə Cənub Amerika ölkəsi olan Kolumbiyanı gəzdiyini və çox bəyəndiyini söyləyən Ziyadov bu ölkədə insanlardan çox yaxşılıq, xeyirxahlıq gördüyünü dilə gətirib. "Oranı öz ölkəm kimi sevirəm. Kolumbiyada məni yolda görənlər bir tikə çörəyini belə mənimlə paylaşıblar"
 .
Azərbaycanlı səyyah Venesuela, Ekvador və Peruda da olduğunu bildirib. Onun sözlərinə görə, Peruda Cənubi Amerikanın 5 min 59 metr yüksəkliyindəki ən uzun keçidi - Abra Huayraccasa keçidindən keçən ilk türk olub. Ekvadorda yaşadığı bir xatirədən da bəhs edən Ziyadov orada türk bayrağını tanıdıqlarını söyləyib: "Ekvadorda bir kənddən keçərkən məktəbdən çıxan bir qrup uşaq velosipedimdəki türk bayrağını görüncə arxamdan"Turco, Turco "deyə qışqırmağa başladılar. O qədər qürur duydum və duyğulandım ki, ağlamağa başladım. Daha sonra velosipeddən endim və ən yaxındakı marketdən uşaqlara şirniyyat aldım. Onlarla söhbət etdim. Mənim üçün heç unutmayacağın xatirələrdən biri bu oldu".

Ziyadov qeyd edir ki, o, Şimali Afrika ölkələrindən yalnız Misirə gedib. Digər ölkələrə getməməsinə səbəb isə 2015-ci ildə xoşagəlməz hadisənin baş verməsidir: "Misir piramidalarının qarşısında türk bayrağını qoyaraq fotoşəkil çəkdirdim. Foto çəkildikdən sonra bir cip arxadan məni izləməyə başladı. Buradakı xoşagəlməz hadisədən sonra Afrikaya getməməyə qərar verdim", - deyə bildirib.

Bərdəli səyyah bu gün insanların təbiəti, yağışı və torpağın qoxusunu unutduqlarını deyir: "Mən bu səyahətdə sadaladıqlarımı tapdım. Səyahətimi nə vaxt bitirəcəyəm bilmirəm. Yaşayıram, bu, həyat tərzim, həyatımın ayrılmaz bir parçasıdır", - deyə vurğulayıb.

Türkiyədən sonra pasportla bağlı bəzi sənədləşmələri həll etmək üçün bir müddətlik ölkəsinə dönəcəyini söyləyən Ziyadov Azərbaycandan qayıtdıqdan sonra İrana, oradan da Pakistan və Hindistana getmək niyyətindədir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"
Ana və qızı eyni anda DOĞDU - VİDEO
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi