Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102512
az

Rusiya  Aİ-nin 13-cü sanksiyalar paketinə cavabını açıqlayıb

14:5209 Fevral, 2024
102
DÜNYA
  • A

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Avropa İttifaqı 13-cü sanksiyalar paketini qəbul edərsə, onun təsirlərini minimuma endirmək, eləcə də əks tədbirlər görmək üçün qərarlar qəbul edəcək.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə TASS məlumat yayıb.

 

O qeyd edib ki, Rusiya sanksiyaları tətbiq edərkən onları diqqətlə öyrənəcək.

 

"Və müvafiq qərarlar qəbul ediləcək ki, bunlara birincisi, bu sanksiyaların təsirini minimuma endirmək üçün tədbirlər, ikincisi, zəruri hesab etdiyimiz cavab tədbirləri daxildir", - Qruşko bildirib.

Fevral ayında “Politico” mənbələrə istinadən xəbər vermişdi ki, Avropa İttifaqı rusiyalı diplomatlar üçün yeni məhdudiyyətləri müzakirə edir. 13-cü sanksiyalar paketi çərçivəsində onların hərəkətinin akkreditasiya ölkəsinə məhdudlaşdırılması təklif edilir.
Bloomberg yazıb ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində 55-ə yaxın şirkət və 60-dan çox şəxsə məhdudiyyətlər qoya bilər. Qeyd olunur ki, yeni sanksiyalar silah istehsalı və Rusiya müdafiə sənayesində istifadə olunan texnologiyalar və elektronikanın tədarükü ilə əlaqəli şəxslərə təsir edəcək.

Bundan əvvəl Rusiya əleyhinə yeni sanksiyalar paketinin təfərrüatları məlum olub.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı