Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102364
az

Zaxarova Paşinyanın “düzgün seçiminə” ümid edir

19:5507 Fevral, 2024
140
DÜNYA
  • A

Ermənistan rəhbərliyi erməni xalqı üçün düzgün seçim edəcək.

 

Oxu24.com  xəbər  verir  ki, bunu  Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının artıq təhlükəsizlik sahəsində əsas tərəfdaş ola bilməyəcəyi barədə sözlərini şərh edərkən bildirib.


“Ölkələrimiz müttəfiq olaraq qalır, erməni xalqının maraqları Rusiya ilə mehriban qonşuluq əlaqələrindən ayrılmazdır. Ümid edirik ki, Ermənistan rəhbərliyi bunu nəzərə alacaq və hazırkı geosiyasi transformasiyalar fonunda düzgün seçim edəcək”, - erməni KİV-i Zaxarovadan sitat gətirir.

 

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq baxımından da etibarlı ikitərəfli hüquqi baza mövcuddur.

 

Hər iki tərəfin bir-birinə qarşı öhdəlikləri var. Zaxarova İrəvanın KTMT çərçivəsində kollektiv təminat altında olduğunu vurğulayıb və xatırladıb ki, hər iki ölkə 2016-cı ildə birgə qoşun qruplaşması haqqında saziş imzalayıb.

O, hesab edir ki, Aİ missiyasının müşahidəçilərindən fərqli olaraq, KTMT Cənubi Qafqazda sabitləşdirici rol oynamağa qadirdir.

Aİ missiyası 20 fevral 2023-cü il tarixindən Ermənistanda yerləşirdi və 100 nəfərdən ibarət idi. Məqsəd Ermənistanın sərhədyanı rayonlarında sabitliyi möhkəmləndirmək və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli şəraitin təmin edilməsidir. Dekabr ayında Aİ missiyanın 209 nəfərə qədər genişləndiriləcəyini elan edib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Macar nazir Rusiyadadır
Putin və Pezeşkian Suriyanı necə inkişaf etdirəcəklərinə qərar verirlər
İsrail Hizbullahın maşınlarına hücum edib

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı