Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102141
az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yaydı

11:0105 Fevral, 2024
123
CƏMİYYƏT
  • A

Azərbaycanda əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 57-dən 81-ə çatdırılacaq.

Bu barədə Oxu24.com-a  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində Nazirlik tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı”nda və “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsinə dair təkliflər hazırlanıb.

Təkliflərdə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına əlavə edilməklə və ÜST-nın təsnifatına uyğun qruplaşdırma aparılmaqla, siyahıdakı reabilitasiya vasitələri növlərinin sayının 57-dən 81-ə çatdırılması nəzərdə tutulur.

Siyahıya əlavə olunması təklif edilən növlərin sırasına gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator), tutacaq (kiçik əşyaları götürmək üçün), yıxılma detektorları, daşına bilən panduslar, sanitar qovşaq və hamam otaqları üçün tutacaqlar, hopdurucu bez və mələfə, ayaq əyriliyi breketləri, fərdi həyəcan siqnalizasiya sistemləri, brayl əlifbası ilə yazılmış saat, brayl sistemi ilə yazı üçün cihaz və s. daxildir.

Xatırladaq ki, bundan əvvəl, 2020-ci ildə Nazirliyin təklifləri əsasında həmin siyahıya 23 reabilitasiya növü də daxil edilərək, siyahıdakı reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda daha bir tələbə öldü - FOTO
Bazar gününün HAVA PROQNOZU açıqlandı
Alimlər fillərin jest və səslərinin dilini deşifrə ediblər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı