Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10200
az

Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ

14:1522 Fevral, 2019
1870
CƏMİYYƏT
  • A
 
Azərbaycanda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu24.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-də havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 23-24-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və zəif küləklərin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nazirlik xəbərdarlıq edir ki, fevralın 25-də əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO