Rusiyanın Sverdlovsk rayonunun Verx-Neyvinski kəndinin girişində avtobus və minik avtomobilinin iştirakı ilə qəza baş verib.
Oxu24.com Rusiya mediasına istinadən sərnişin avtobusunda yarışlardan qayıdan 18 oyunçudan ibarət xokkey komandası və onların məşqçisi olub.
Sverdlovsk vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qəza nəticəsində 3 nəfər həlak olub.
Yol hərəkəti təhlükəsizliyi tələblərinə əməl olunması ilə bağlı yoxlama təşkil edilib.
Hadisə yanvarın 29-da səhər saatlarında Verx-Neyvinski kəndinə gedən yolda baş verib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR