Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101866
az

İran ABŞ bazasına pilotsuz təyyarələrin hücumunda iştirakını inkar edir

11:1129 Yanvar, 2024
142
DÜNYA
  • A

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, onun ölkəsi İordaniya-Suriya sərhədindəki ABŞ bazasına pilotsuz uçan aparatlardan endirilən zərbələrdə iştirak etmir.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

 

Diplomat ABŞ-ın ittihamlarına cavab olaraq ayrıca açıqlama verməli olduğunu bildirib.

 

Onun sözlərinə görə, İranın son hücumlarla heç bir əlaqəsi yoxdur.

 

O qeyd edib ki, münaqişə ABŞ ilə regionda bir-birinə qarşı vuruşan müqavimət qrupları arasındadır.

Yanvarın 28-nə keçən gecə pilotsuz təyyarə Suriya və İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına hücum edib.

ABŞ prezidenti Co Bayden hücumun Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bildirib. ABŞ senatoru Lindsey Graham ABŞ-ı İrana zərbə endirməyə çağırıb.

Bundan əvvəl HƏMAS bildirib ki, Qərb özü ilə ərəb dünyası arasında “qırılmaz divar” çəkib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxıstan Putinin səfərinə hazırlığından danışır
Borrell Baltik dənizində kabellərlə bağlı insidenti şərh edib
Rusiyada meyitlər burada yandırılacaq

Kardaşyan 30 min dollara robot aldı

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı