Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101822
az

Tovuzda şəhid Hacıəli Qasımovla vida mərasimi keçirilir

13:4128 Yanvar, 2024
87
CƏMİYYƏT
  • A

Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri zamanı ağır yaralanan, həkimlərin səylərinə baxmayaraq, şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Hacıəli Qasımovla vida mərasimi keçirilir.

OXU24.COM  xəbər verir ki, onun nəşi doğulub boya-başa çatdığı Tovuz rayonunun Qaraxanlı kəndinə gətirilib.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, Tovuz rayon ictimaiyyəti nümayəndələri və sakinlər iştirak edirlər.

Şəhidimiz vida mərasimindən sonra Qaraxanlı kənd qəbirstanlığında dəfn olunacaq.

Qeyd edək ki, onlar ailədə 4 övlad olublar. Onun əkiz qardaşı və 2 bacısı var. H.Qasımov hərbi xidmətə qardaşı ilə birlikdə, 18 yaşında gedib. Həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra xidmətini həqiqi hərbi xidmət qulluqçusu kimi davam etdirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verildi