Rusiya prezidenti Vladimir Putin rus şirkətinə ukraynalı iş adamı Rinat Axmetova məxsus “Donskoy antrasit” və “Obuxovskaya mədən idarəsi” müəssisələrini almağa icazə verən sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Prezidentin sərəncamına əsasən, “Best Resolution” Səhmdar Cəmiyyəti bu müəssisələrin “Fabcell Limited”ə məxsus səhmlərinin 100 faizini almaq hüququ əldə edib.
“Kommersant” nəşrinin məlumatına görə, “Obuxovskaya” Mədən İdarəsi və “Don Antrasit”in rəhbərliyi ötən il iyunun 15-də 2021-ci ildə Moskvada qeydiyyatdan keçmiş “Invest Capital” idarəetmə şirkətinə keçib.
Dekabrda Rusiya prezidenti Dow Europe Holding B.V.-ə məxsus Finndisp kimya müəssisəsinin satışına icazə verib.
Bundan əvvəl Ticarət və Sənaye Palatası əmlak vergisinin maksimal dərəcəsinin köklü şəkildə azaldılmasını təklif etmişdi.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR