Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101571
az

Britaniyada milyonlarla insanın qaz və elektrik enerjisi kəsilə bilər

20:0923 Yanvar, 2024
114
DÜNYA
  • A

Britaniyanın Citizens Advice xeyriyyə təşkilatı xəbərdarlıq edib ki, bu qış 2 milyondan çox insan borclarını ödəyə bilmədiyi üçün qaz və işıqdan məhrum ola bilər.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Citizens Advice saytında məlumat verilir.

 

Təşkilatın məlumatına görə, ötən il 800 min insan hesabı ödəyə bilmədiyi üçün bir gündən çox istilik və işıqsız qalıb. Bu il vəziyyət daha da pisləşə bilər.

Citiens Advice qeyd edir ki, Britaniyada 5,3 milyon ailə enerji borcu içərisindədir. Bu, onları əvvəlcədən ödənişli sayğaclar quraşdırmaq təhlükəsi ilə üz-üzə qoyur, çoxları isə onu doldura bilmir.

Təşkilatın fikrincə, enerji haqlarının ödənilməsi üçün mövcud dəstək kifayət deyil. Artan enerji borcunu həll etmək üçün plan lazımdır. Eyni zamanda, təşkilat aprel ayına qədər orta hesabla elektrik haqqının 20 funt sterlinq azalacağını, lakin yenə də həyəcan verici səviyyədə qalacağını gözləyir.

Bundan əvvəl məlum olub ki, hər beşinci britaniyalı mənzil və kommunal xidmətlər üçün ödənişlərdə ciddi problemlər yaşayır.

Bundan əvvəl Böyük Britaniyanın Ukraynaya nə qədər dəstək verəcəyi məlum olub.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İraqın şimalında 12 terrorçu zərərsizləşdirilib
Gürcüstanda bir neçə partiya parlamentin işini boykot edib
Rusiya XİN KTMT-nin 32 illiyi ilə bağlı məlumat yaydı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA