Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101378
az

Beynin gücünü 10 dəfə artıran VİTAMİNLƏR

22:0820 Yanvar, 2024
1468
TİBB
  • A

Unutqanlıq, bu gün demək olar ki, hamıda var. Bəs sizdə də varmı? Əvvəllər, bunun yaşla əlaqəli olduğunu düşünürdülər. Lakin son zamanlarda gənclərdə də yaddaşsızlıq  geniş yayılıb. Sizə amma yaxşı bir xəbərim var. Unutqanlığın qarşısını almaq olur. Bəzi vitaminləri və qida əlavələrini rasiona daxil etməklə buna nail olmaq mümkündür. Bu videoda yaddaşı və beyin funksiyalarını qorumaq üçün vacib olan vitaminlərdən, doğru qidalanma vərdişindən danışacağam. Diqqətiniz məndə olsun.

B6 vitamini. Bu vitamin siqnal ötürən maddələrin istehsalına kömək edir. Həmçinin, qırmızı qan hüceyrələri əmələ gətirir, beyinin sağlam şəkildə işləməsini təmin edir. B6 vitamini çatmayanda zehni performans zəifləyir, unutqanlıq müşahidə olunur. Rasionunuza toyuq əti, balıq əti, kartof, mərci,  noxud, banan, fındıq  daxil edin. Bunlar B6 vitamini mənbəyidirlər;

D vitamini. Sümüklərin sağlamlığına cavabdeh olan D vitamini beyinin iş qabiliyyətini də yüksəldir. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı zehni pozğunluğa, yaddaş problemlərinə yol açır. D vitamini ilə zəngin qidaları rasionunuza daxil etməklə, sağlamlığınızın keşiyində dayana bilərsiniz. Həmin qidalara misal kimi, yağlı balıqları, yumurta sarısını, göbələyi, süd məhsullarını göstərmək olar. Günəş işığı altında uzanmaq, günəşli günlərdə başıaçıq halda uzun-uzun gəzintilərə çıxmaq da D vitamini qəbul etməyin bir üsuludur;

B12 vitamini. Beyin funksiyalarında önəmli olan vitaminlərdəndir. Bilməlisiniz ki, orqanizmimiz B12 vitamini istehsal etmək qabiliyyətinə malik deyil. Buna görə də, B12 vitaminini qidalar vasitəsilə qəbul etməliyik. Xüsusilə, yaşlı insanlarda yaddaş itirilməsinin önəmli səbəblərindən biri B12 çatışmazlığıdır. Ət, qaraciyər, balıq, yumurta, göbələk, süd məhsulları qəbul etməklə orqanizmin B12 vitamininə olan ehtiyacını ödəmək olar;

E vitamini. Beyini oksidativ stressdən qoruyan antioksidantdır. E vitamini qəbulunun yaşlılarda beyin funksiyalarını yaxşılaşdırdığı da müşahidə olunub.  E vitamini ilə zəngin qidalar bunlardır: badam, fındıq, günəbaxan tumu, balqabaq tumu, şirin kartof, ispanaq, taxılkimilər, avokado;

Omega-3 yağ turşuları. Beyin funksiyaları üçün vacib olan yağ növüdür. Omega-3 də B12 kimi, orqanizmdə istehsal edilmir. Yəni onu da qidalarla qəbul etmək məcburiyyətindəyik. Beyin hüceyrələrinin inkişafında, onların qorunmasında önəmli rol oynayan Omega-3 yağ turşuları yaddaşı gücləndirir.  Yağlı balıqlar, kətan toxumu, çia (chia) toxumu, ispanaq, qoz Omega-3 ilə zəngin qidalardır;

Bəs Unutqanlığın qarşısını almaq üçün  qidalanma vərdişlərini necə dəyişməliyik?

Bayaqdan bəri sadaladığım qidaları rasiona daxil etməkdən əlavə, “Aralıq dənizi pəhrizi”nə əməl etməklə də yaddaşı gücləndirmək mümkündür.  Pəhrizin əsasını bol-bol təzə tərəvəzlər, balıq, az miqdarda qırmızı ət, zeytun yağı təşkil edir. Bəs aralıq dənizi pəhrizi nədir soruşsanız, qısa da olsa məlumat verim

 Aralıq dənizi pəhrizi Aralıq dənizi ilə həmsərhəd ölkələrin ənənəvi pəhrizlərinə əsaslanan bir termindir və 1950-ci illərdə diqqət çəkməyə başlamışdır. Qərb ölkələri ilə müqayisədə Aralıq dənizi ölkələrində ürək xəstəliklərinin daha az olması bu pəhrizi məşhurlaşdırıb.

Bu pəhrizdə əsas yağ mənbəyi olan zeytun yağına üstünlük verilir, qırmızı ət isə ayda cəmi 1-2 dəfə istehlak edilir və pəhrizdə balıq mühüm yer tutur. Buna görə də Aralıq dənizi pəhrizi adekvat və balanslaşdırılmış qidalanmanın mühüm nümunəsi hesab olunur.

Aralıq dənizi pəhrizi ilk dəfə ürək sağlamlığına müsbət təsirləri ilə tanınıb. Bu ilkin kəşflər onu daha sonra digər sağlamlıq problemlərinə təsirlərini araşdırmaq üçün motivasiya edib. Bu gün Aralıq dənizi pəhrizinin bir çox faydaları məlumdur. Bu pəhrizin faydalarından bəziləri bunlardır:

Ürək sağlamlığını dəstəkləyir. Aralıq dənizi pəhrizi insanların insult riskini azaldır. Aralıq dənizi pəhrizi digər pəhrizlərə nisbətən damarlarda daha az lövhə yığılmasına səbəb olur.

Qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir. Bu balanslaşdırılmış pəhriz qan şəkərinin səviyyəsini tənzimləməkdə və insulin müqavimətinin inkişaf riskini azaltmaqda təsirlidir.

Beyin funksiyasını qorumağa kömək edir. Aralıq dənizi pəhrizinin əsas elementlərindən biri qoz-fındıq və zeytun yağı kimi sağlam yağları seçməkdir. Digər pəhriz növlərindən daha çox sağlam yağ ehtiva edən bu pəhriz beyin funksiyasına qoruyucu təsir göstərir.

Bağırsaq sağlamlığını dəstəkləyir. Aralıq dənizi pəhrizində daha az sadə karbohidratlar var, onlar qidalandırıcı və aşağı doyma hissi verir. Lif və antioksidant baxımından yüksək qidalara daha çox üstünlük verilən bu pəhriz bağırsaq sağlamlığını dəstəkləyir.

Xərçəngə qarşı qoruyucudur. Aralıq dənizi pəhrizi meyvə-tərəvəzlə zəngin bir pəhriz olduğundan, antioksidantlarla da zəngin bir pəhrizdir. Antioksidantlar bədəndəki sərbəst radikalları bağlayır və bu xüsusiyyəti ilə xərçəngə qarşı qoruyur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ