Hindistan Hərbi Dəniz Qüvvələri, Ədən körfəzində pilotsuz təyyarə ilə hədəf alındıqdan sonra Marşal adaları bayraqlı gəmiyə yardım etdiyini bildirib.
oxu24.com xəbər verir ki,Hindistan Hərbi Dəniz Qüvvələri Ədən körfəzində pilotsuz təyyarə ilə vurulan Marşal adaları bayraqlı “MV Genco Picardy” gəmisi ilə bağlı açıqlama verib.
Açıqlamaya görə, “MV Genco Picardy” hədəf alındıqdan sonra köməyə çağırıb, “INS Visakhapatnam” esminesi isə gəmiyə kömək edib.
Açıqlamada “MV Genco Picardy”də olan 22 ekipaj üzvündən 9-nun hindistanlı olduğu, gəmidəki hər kəsin təhlükəsiz olduğu və yanğının nəzarət altına alındığı bildirilib.
Açıqlamada gəminin normal marşrutunu davam etdirdiyi vurğulanıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR