Bakıda qızın ögəy atası və xalasının əri tərəfindən zorakılığa məruz qalması ilə bağlı açıqlama verilib.
OXU24.COM xəbər verir ki, daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, 14 yaşlı qızın təhlükəsizliyi tam təmin olunub və müvafiq sığınacağa yerləşdirilib:
"Polis orqanında təhqiqat araşdırması aparılır. Tərəfimizdən zəruri tədbirlər görülür".
-------
Bakıda qız xalasının əri və ögey atası tərəfindən zorakılığa məruz qalıb.
OXU24.COM xəbər verir ki, bu barədə "Xəzər" TV-də yayımlanan "Təsir Dairəsi" verilişə müraciət edən 14 yaşlı qız proqramın aparıcısı Lalə Azərtaşa danışıb.
Yeniyetmə ögey atası və xalasının ərinin ona qarşı uyğunsuz hərəkətlər etdiyini bildirib. Qız evdən qaçaraq verilişə gəlib.
Qızın anası isə efirə gələrək övladının yalan danışdığını, doğmalarının onu əzizləmək, oxşamaq niyyətində olduğunu bildirib.
Efirə gələn ögey ata da aparıcıya qızın yalan danışdığını söyləyib: "Mən onu qucaqlayıb saçını sığallamışam".
Ətraflı süjeti təqdim edirik:
Efirə gələn ögey ata da aparıcıya qızın yalan danışdığını söyləyib: "Mən onu qucaqlayıb saçını sığallamışam".
Ətraflı süjeti təqdim edirik:
ŞƏRHLƏR