Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101208
az

Siqaret çəkənlərin ağ ciyərlərində bu xəstəlik olur - DİQQƏT!

21:5417 Yanvar, 2024
482
TİBB
  • A

Bu kifayət qədər yayılmış ağ ciyər xəstəliyidir. Xəstəliyin səbəbi ağ ciyərlərin uzun müddət ərzində zədələnməsidir (adətən siqaret çəkmək nəticəsində).

Xroniki obstruktiv ağ ciyər xəstəliyi uzun müddət ərzində siqaret çəkən insanların əksər hissəsində müşahidə olunur. Lakin onların əksəriyyəti bundan bixəbər olur və orqanizmdə baş verən pozulmaları digər xəstəliklərlə əlaqələndirir.


Xroniki obstruktiv ağ ciyər xəstəliyinin (XOAX) əsas simptomu nəfəsalmanın çətinləşməsidir.

XOAX əksər hallarda 2 xəstəliyin birləşməsidir - xroniki bronxit və ağ ciyər emfizeması. Xroniki bronxit zamanı bronxlar iltihablaşır və daim çoxlu selik ifraz edir. Nəticədə bronxların divarları qalınlaşır və bu da həfəs yolların daralmasına səbəb olur (bu proses "obstruksiya" adlandırılır). Nəfəs yolların daralması nəticəsində nəfəsalma çətinləşir.

Emfizema zamanı ağ ciyərin alveolları (ağ ciyərdə olan qovuqcuqlar - bu qovuqcuqlar vasitəsilə orqanizmdə qaz mübadiləsi baş verir). XOAX zamanı alveollar zədələnir və onların elastikliyi azalır. Nəticədə ağ ciyərlərin qaz mübadiləsini təmin edən sahəsi  azalır, orqanizm daha az oksigen alır ki, bunun nəticəsində insanda təngnəfəslik inkişaf edir.

Vaxt keçdikcə XOAX daha da inkişaf edir, dərinləşir və xəstənin vəziyyəti daha da ağırlaşır. Gecikmiş mərhələlərdə bu xəstəlik əlilliyə səbəb ola bilər. Ağ ciyərin zədələnməsi prosesini dayandırmaq mümkün deyil, bu proses inkişaf etməyə davam edəcək. Lakin alveolların dağılması prosesini ləngitmək və xəstənin vəziyyətini yüngülləşdirmək mümkündür.

Yuxarıda qeyd etdiyimiz kimi, XOAX-in əsas səbəbi siqaret çəkməkdir. İllər ərzində siqaret tüstüsü nəfəs yolları qıcıqlandırır və alveolların zərif toxumasını dağıdır. Tək siqaret çəkmək deyil, siqaret çəkən insanların arasında olmaq da çox ziyanlıdır (buna passiv siqaret çəkmək deyilir).

XOAX səbəb olan digər risk faktorları arasında:

- uzun müddət ərzində kimyəvi maddələrin buxarının, tozun və s. ziyanlı maddələrin təsiri,

- həyat boyu (xüsusilə uşaq yaşlarında) keçirilmiş ağır ağ ciyər xəstəlikləri və s.

XOAX-in əsas simptomları:

- uzunsürən öskürək

- öskürək zamanı bəlğəmin xaric olunması

- fiziki gərginliklər zamanı artan təngnəfəslik.

Vaxt keçdikcə XOAX daha da inkişaf edir və təngnəfəslik hətta cuzi fziki gərginliklər zamanı əmələ gəlir. Xəstə hətta qida qəbul etdikdə, adi fiziki hərəkətlər etdikdə əziyyət çəkir. Belə xəstələr çəki itirir və fiziki cəhətdən zəifləyir.

XOAX dövri olaraq kəskinləşə bilər və bu zaman xəstəliyin simptomları daha da artır və xəstənin vəziyyəti pisləşir. Belə kəskinləşmə zamanı hətta xəstənin həyatını təhlükə altına salan vəziyyətlər yarana bilər.

Bu xəstəliyi pulmonoloq həkimi müalicə edir. XOAX-in ilk simptomlarında dərhal həkimə müraciət edin. Bu müalicənin daha effektli olmasını təmin edir.

XOAX-in inkişafını ləngitmək üçün ilk növbədə siqaret çəkməkdən imtina etmək lazımdır. Bu ən vacib şərtdir.

Həkim xəstəyə xüsusi müalicə təyin edir - bronxları genişləndirən preparatlar, bəlğəmgətiricilər, antibiotiklər, hormonal preparatlar (xəstəliyin kəskinləşməsində). Bu müalicə tədbirləri nəfəsalmanı asanlaşdırır, təngnəfəsliyi azaldır və ya aradan qaldırır, xəstənin həyat keyfiyyətini yüksəldir. Xəstə yaxşı qidalanmalı, bədən tərbiyəsi, tənəffüs gimnastikası ilə məşğul olmalıdır.

Bu xəstəliyin əsas profilaktik tədbiri siqaret çəkməkdən imtina etməkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
COVID virusu xərçəngin müalicəsində  istifadə  olunacaq

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR