Britaniya kralı III Çarlz prostat vəzinin böyüməsi ilə bağlı gələn həftə xəstəxanaya yerləşdiriləcək.
Oxu24.com xəbər verir ki,bu barədə BBC məlumat yayıb.
Bukingem Sarayı, 75 yaşlı monarxın xoşxassəli bir şişə sahib olduğunu və "düzəliş prosedurundan" keçəcəyini bildirib.
Bu səbəbdən müalicə aldığı müddətdə ictimaiyyətə çıxışları təxirə salınacaq. Monarxın hansı islah prosedurundan keçəcəyi hələlik məlum deyil.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR