Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101193
az

Litva Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların mart ayında başlanmasını dəstəkləyib

19:2817 Yanvar, 2024
138
DÜNYA
  • A

Litva hesab edir ki, Moldovanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar martda başlamalıdır.

 

Oxu24.com xəbər  verir  ki,  bu barədə Litva prezidenti Qitanas Nausedan bildirib.

 

“Litva hesab edir ki, danışıqlar Avropa Parlamentinə seçkilərdən əvvəl, artıq mart ayında başlamalıdır... Lakin Moldova Avropaya inteqrasiya yolunda Ukraynadan geri qalmamalı və Aİ-nin qalan tövsiyələrini çox yaxın gələcəkdə yerinə yetirməlidir”, - Nauseda bildirib.

 

Eyni zamanda, Litva prezidenti Avropa İttifaqının tövsiyələrinin həyata keçirilməsi təcrübəsini Moldova ilə bölüşməyə hazır olduğunu bildirib.

 

Dekabrın 15-də Aİ üzvləri Brüsseldə keçirilən sammitdə Avropa Şurasının rəhbəri Çarlz Mişelin elan etdiyi kimi Moldova və Ukraynanın birliyə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər. Bundan sonra Moldova Prezidenti Maia Sandu ölkəsinin “Avropanın isti qucağını” hiss etdiyini bildirib.

 

Bundan əvvəl Moldovada prezident Aİ-yə üzvlüklə bağlı referendumdan danışdıqdan sonra manipulyasiyada ittiham olunub.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ölkədə güclü zəlzələ oldu
Rusiya sərhədinə gedən yolda qadağa
Putin Vitali Savelyevə yeni vəzifə verdi

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR