Yaponiyanın Noto yarımadasında zəlzələ baş verib.
Oxu24.com xəbər verir ki, bu barədə RİA Novosti Yaponiyanın Baş Meteorologiya İdarəsinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, yarımadada 4,8 bal gücündə zəlzələ baş verib.
Bildirilir ki, yeraltı təkanların maksimal gücü Yaponiyada qəbul edilmiş yeddi ballıq şkala üzrə beş bal olub. Lakin sunami təhlükəsi elan olunmayıb.
Bundan əvvəl, yanvarın 9-da Yaponiyanın Niiqata prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin mənbəyi suyun 10 km dərinliyində olub və Noto yarımadasının yaxınlığında yerləşib.
Hadisə ilə əlaqədar bəzi ərazilərdə sürətli qatarların hərəkəti dayandırılıb.
Bundan əvvəl Yaponiyada Yeni il zəlzələsi dənizi qurudan dörddə bir kilometr uzaqlaşdırıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR